Digər idman növləri
İlham Zəkiyev: “Dedilər ki, gedirik, Şuşaya da çatacağıq”
“Aprelin 2-dən başlayan əməliyyatlardan sonra mən də evdə rahat yata bilmirəm. Cəbhə bölgəsi ilə əlaqə saxlayırıq. Oradan gələn xəbərlər bizi həm sevindirir, həm də kədərləndirir. Bu günü hər bir azərbaycanlı çoxdan gözləyirdi”. Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, ikiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi İlham Zəkiyev deyib.
Gözlərini vətən yolunda itirmiş Zəkiyev cəbhədə son günlərdə baş verənlərə münasibət bildirib, vətənpərvərlik mövzusunda danışıb.
O vurğulayıb ki, erməni işğalı altında olan torpaqlarımızı azad etməyin vaxtı yetişib: “Ali Baş Komandanımız başda olmaqla, müdafiə nazirimiz Zakir Həsənovun gördüyü işlər göz qabağındadır. Ordumuzdakı əhval-ruhiyyə də yüksək səviyyədədir. Zabit və əsgərlərimizi Allah qorusun. Onların göstərdikləri qəhrəmanlıq hər bir azərbaycanlını sevindirir. Hər bir şəhidimizi izdihamla, bayram kimi qarşılamaq isə mənə zövq verir. 90-cı illərlə müqayisədə indi tam başqadır. Allah hamısına rəhmət eləsin”.
Dağlıq Qarabağdakı gərginlik zamanı cəbhə xəttində olmağı arzuladığını deyib: “Həmin vaxt onların yanında olmaq istəyirdim. Təəssüflər olsun ki, bu mümkün deyil. Dualarımız onlarladır, hər dəfə zəng edirdim, mənəvi dəstək olurdum”.
Həm idmandakı “döyüş”ün, həm də əsl döyüşün iştirakçısı olan Zəkiyev bunları müqayisə edib və hansının daha məsuliyyətli olmasından danışıb: “Hər ikisində məsuliyyət böyükdür. Vətənə qulluğum hərbi sahədə yarımçıq qalsa da, bunu tatamidə davam etdirirəm və hər dəfə öz işimlə fəxr edirəm. Əlbəttə ki, cəbhədəki döyüş tamam başqadır. O, daha da məsuliyyətlidir, şərəflidir”.
Zəkiyev Avropa Oyunlarında yüksəltdiyi bayrağımızın tezliklə Xankəndidə, Şuşada dalğalanacağı günü səbirsizliklə gözlədiyini xüsusi qeyd edib: “Avropa Oyunlarında iyunun 26-da - Azərbaycan Silahlı Qüvvələri Günündə güləşirdim. Cənab prezident boynuma medalı asanda öncə onu bu gün münasibətilə təbrik etdim, sonra onu fəxri kürsüyə dəvət etdim. Sağ olsun, dəvətimi qəbul etdi, mənimlə fəxri kürsüyə qalxdı. Orada ona dedim ki, cənab Ali Baş Komandan, əsgər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medalı qazandı. O da məni qucaqlayıb öpdü və dedi ki, Azərbaycan sənlə fəxr edir. Bu yarışın ardınca Müdafiə Nazirliyinin xətti ilə ön cəbhəyə yollandım. Bildirdilər ki, düşmənlə üz-üzə olan əsgərlər səni görmək istəyirlər. Mən də böyük məmnuniyyətlə təklifi qəbul etdim və iyulda ön cəbhəyə getdik. Şəmkir korpusundan başlayaraq, Murovdağ silsiləsinədək postlarda olduq, orada əsgərlə görüşdük. Goranboya, Ağdama getdik. Sonda qulluq etdiyim Beyləqan - Füzuli istiqamətindəki hərbi hissəyə yollandıq. Orada kəşfiyyatçılarla da görüşdüm. Avropa Oyunlarında dalğalandırdığım bayrağı da özümlə aparmışdım və onlara təhvil verdim. Dedim ki, bu bayrağı mən öz nailiyyətlərimlə idman arenasında dalğalandırdım, sizin də işiniz torpaqlarımızı azad edib, onu Xankəndidə, Şuşada dalğalandırmaqdır. And içib, bayrağı qəbul etdilər və hazırda düşməndən azad olunan Lələtəpədə ucalan bayraq həmin bayraqdır. Mən də əlaqə saxladım ki, sizə bunu Şuşada, Xankəndidə dalğalandırmağı demişdim, Lələtəpədə yox. Bildirdilər ki, İlham, gedirik, inşallah, ora da çatacağıq”.
Vətənpərvərlikdən də söz açan paralimpiyaçı gərginlik dönəmində xalqımızın bu dərəcədə yumruq kimi birləşməsini gözləmirmiş: “Yüksək səviyyədə birlik gördüm. Balacadan-böyüyə hamı cəbhədən danışır, hər bir azərbaycanlı necə isə köməklik etmək istəyir. Nə qədər cavanlarımızı cəbhə bölgəsindən qaytarıblar ki, əlavə qüvvələrə, səfərbərliyə ehtiyacımız yoxdur. Nazirimiz də kifayət qədər canlı qüvvəmizin, texnikamızın olduğunu deyib. Vətənpərvərlik hissimiz çox yüksək səviyyədədir. Bu, çox gözəl bir şeydir”.
Cəbhədə baş verən son gərginliyin ardından bir çox idman növlərimizdə hərbi geyimdə meydana çıxmaq və hərbi salam vermək ənənə halını alıb. Zəkiyevin fikrincə, bu ənənəni davam etdirmək lazımdır: “Hərə öz sahəsində dəstəyini bildirir. İdmançılar da cəbhədəki qardaşlarımıza bu cür dəstək olurlar”.
Azərbaycan ordusunun üstünlüyündən, ruh yüksəkliyindən danışan Zəkiyev mənfur qonşularımızın 23 illik müdafiə xəttini bir gecədə dağıtmağımızdan da söz açıb: “Maşallah, bunu bir gecədə bacardıq. Bu, qarşı tərəfin zəifliyindən xəbər verir. Hətta onu deyərdim ki, üçüncü qüvvə olmasaydı, 3 gün ərzində Qarabağı tam boşalda bilərik. Buna heç ehtiyac da olmayacaq, özləri qaçıb gedəcəklər. Onlar da bəzi qüvvələrə arxayındırlar. Allah prezidentimizə kömək olsun, o da bilir nə edir. İnşallah, yaxın günlərdə bu qələbəni birgə qeyd edəcəyik”.
Daima əsgərlərimizlə əlaqə saxladığını deyən Zəkiyev onlardan qürurverici xəbərləri aldıqca sevindiyini bildirib: “Ordumuzun irəliləməsi üçün əlimizdən gələni etməyə hazırıq. 26 iyunda Ali Baş Komandan mənim boynuma medal asdı. Arzu edirəm ki, bu il Silahlı Qüvvələrimizin Yaranması Günü cənab prezidentimiz Şuşada bayrağımızı dalğalandıracaq əsgərimizin boynuna medal assın. Artıq üstünlük də bizim tərəfimizdədir və əmr gələrsə, torpaqlarımızı düşmənlərdən azad etməyə hazırıq”.
Daha sonra paralimpiyaçı kimi uğurlarından söhbət açan Zəkiyev Rio-2016-dakı şanslarını dəyərləndirib. O bildirib ki, çəkisinə görə (+100 kq) sınaq döyüşlərində rəqibi olmadığı üçün cüdo üzrə əsas komandamızla hazırlıq keçir: “Hamı İlham Zəkiyevə qarşı hazırlaşır, amma mən də boş oturmamışam. Yeni texnika ilə yeni fəndlər üzərində çalışıram”.
Sonda Zəkiyev əlil uşaqları olan valideynlərə də səslənib: “Bəziləri əlil uşaqlarından utanırlar, onları gizlədir, cəmiyyət arasına çıxarmaq istəmirlər. Bunu etməsinlər. Gətirsinlər bizdə, Paralimpiya Komitəsində mütəxəssislər var, onlarla məşğul olacaqlar. Lazım olan istedadı tapıb, üzə çıxaracaqlar. Bəlkə onların da arasında gələcəyin dünya, Avropa çempionları var. Əlillikdən heç kim sığortalanmayıb. 2013-cü ildə ölkəmizdə Uşaq Paralimpiya Komitəsi yaradılıb, mən də onun üzvüyəm. Bu, bizi əvəz etmək baxımından da lazımdır. Ardımızca gələn idmançılar da olsun”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb