25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

FIDE rəsmiləri Crystal Hall-da hazırlıqla tanış olublar

FIDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Futbolxeber.az saytının məlumatına görə, FIDE rəsmiləri Gənclər və idman naziri Azad Rəhimov, eləcə də Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BŞOƏK) rəhbərliyi ilə görüşərək, mötəbər yarışın hazırlıq işləriylə tanış olub. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti olimpiadanın keçiriləcəyi Crystal Hall-da təşkilati işlərlə maraqlanıb.

42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Crystal Hall-da olan qonaqlar Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüb. möhtəşəm arenada oyun zalı, mətbuat və tibb otağı, VIP sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib.

Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, FIDE rəsmilərinə Crystal Hall-da mətbuat işçilərinin rahat çalışması üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçıların da oyun zalına rahat şəkildə daxil mümkün olacaq. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək.

Arenadakı vəziyyətlə tanış olan FIDE prezidenti vəzifəsini icra edən Georgios Makropulos görülən işlərdən razılığını bildirib. FIDE rəhbəri oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30