25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Qadın güləşçilərimizdən daha iki medal

Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Futbolxeber.az saytının məlumatına görə, çempionatın dördüncü günündə 53 kq, 58 kq, 63 kq və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulub.

Onlar günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.

58 kq. çəkidə yarışan Alyona Kolesnik ardıcıl olaraq Moldovadan Yekaterina Rusu və Türkiyədən Derya Bayhanı tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda isə o, ukraynalı Tetyana Kitlə qarşılaşıb. Rəqibinə uduzan Kolesnik çempionatın gümüş medalı ilə kifayətlənib.

53 kq. çəkidə mübarizə aparan Leyla Qurbanova ilk görüşdə Rumıniyadan Simona Prikob, ardınca Türkiyədən Fikriye Gök üzərində qələbə qazanıb. 53 kq. çəkidə gedən mübarizənin yarımfinalında Ukrayna təmsilçisi Lilya Horişna ilə görüşü uduzan L.Qurbanova bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Azərbaycan güləşçisi İsveçdən Sandra Sarkkinen ilə dueldən qalib ayrılıb və çempionatın bürünc medalına sahib olub.

Beləliklə, U-23 Avropa çempionatında qadın güləşçilərin mübarizəsi yekunlaşıb. Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla yarışı tamamlayan Azərbaycanın qadın güləşi üzrə yığması komanda hesabında 49 xal toplayaraq Ukrayna (60), Rusiya (60) və Türkiyədən (51) sonra 4-cü yerdə qərarlaşıb.

Güləş Federasiyasının rəsmi saytı




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30