29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Synergy Baku"nun İtaliyada daha bir uğuru

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun gənc velosipedçiləri İtaliyada keçirilən sayca 78-ci "Giro del Belvedere" yürüşündə uğurla çıxış ediblər. Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük yarışında iştirakçılar 166 km məsafə qət ediblər.

23 yaşadək velosipedçilər arasında təşkil edilən yürüşdə Elgün Əlizadə, Ənvər Asanov, İsmayıl İlyasov, Kənan Qəhrəmanlı və Yosip Rumaçla təmsil olunan "Synergy Baku"nun əla komanda işi nəticəsiz qalmayıb - finiş xəttini 12 nəfərdən ibarət velosipedçi ilə 3 saat, 48 dəqiqə, 15 saniyəyə keçən pelotonun içərisində komandamızın üzvü Yosip Rumaç da olub və fotofinişə əsasən o, 190 iştirakçı arasında 3-cü nəticə göstərib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31