19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Şahmat oyunu yumruq davasına çevrildi

Ukraynanın Nikolayev şəhərində şahmatçılar arasında Nikolay Şelestin xatirəsinə keçirilən turnir oyunçu və məşqçi arasında dava ilə nəticələnib. Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, lövhə arxasında ötənilki Ukrayna çempionu Anastasiya Rahmanqulova və Nikolayevin ən güclü şahmatçılarından sayılan Vladimir Sakun əyləşib.

Səhvə yol verən Rahmanqulova görüşü uduzma təhlükəsi ilə üzləşib. Bu zaman rəqibi əhəmiyyətsiz gedişlər edərək vaxtı uzatmağa başlayıb. Qadın şahmatçının məşqçisi Mixail Gerasimenyuk belə davranışı hörmətsizlik əlaməti sayıb və Sakuna hücum edib. Hakimlər Gerasimenyuku aralamaq üçün xeyli güc sərf etməli olublar. Yerli şahmatçı isə xəstəxanaya aparılıb. Orada ona qaşından və burnundan qan açılması diaqnozu qoyulub.

Sonradan Rahmanqulova məşqçisinin hərəkətinə görə üzr istəyib. Amma o, cəzadan qurtula bilməyəcək.

Qeyd edək ki, bu hadisə şahmat partiyası, üstəlik, nüfuzlu xatirə turnirində davanın baş verdiyi ilk hal kimi tarixə düşüb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30