25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Güləş millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Martın 29-da Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Futbolxeber.az-ın Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 gün davam edəcək yarışa 22 pəhləvanımız qatılacaq.

Çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığma komandanın məşqçiləri Akif Əliyev, Eyyub Azmude və Fuad Alıyevin rəhbərliyi altında Bolqarıstana Murad Məmmədov (59 kq), Elman Muxtarov (66 kq), Ruhin Mikayılov (71 kq), Şəmistan Quluzadə (75 kq), Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) yollanıb.

Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi - Anna Pavliv (48 kq), Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq) çıxış edəcək.

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında çempionatda Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq. Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatında 19 - 23 yaşlı güləşçilər mübarizə aparacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30