20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Kliçkonun karyerasını bitirəcəm, qardaşı kimi siyasətçi olar”

WBA və WBO versiyaları üzrə superağırçəkili boksçular arasında dünya çempionu Tayson Fyuri Vladimir Kliçko ilə revanş döyüşü haqda fikirlərini bildirib. Futbolxeber.az saytının məlumatına görə, o bildirib ki, təkrar qarşılaşmada da qalib gələcəyinə əmindir:

“Mən Kliçkoya yenə qalib gələcəyəm və onun karyerasını bitirəcəyəm. Bundan sonra o, ya qardaşı kimi siyasətçi, ya da arvadı kimi Hollivud ulduzu olar. Hamı əvvəllər Kliçkodan qorxurdu, onu supermen hesab edirdi. Amma bu, belə deyil. Mənim üçün Kliçko əllərində boks əlcəyi olan adi bir insandır”.

Xatırladaq ki, Vladimir Kliçko ötən il noyabrın 28-də Tayson Fyuriyə xal hesabı ilə uduzub. Hər iki boksçu arasında revanş döyüşünün bu il iyunun 4-də keçirilməsi gözlənilir. 

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30