29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azərbaycan çempionatının 1-ci mərhələsi keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 1-ci mərhələsi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Reqlamentə əsasən, kiçik yaşlı qızlar 7 km, U-15 və U-17 kateqoriyasında yarışan velosipedçilər müvafiq olaraq 10 və 20 km, gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan idmançılar isə 30 km məsafə qət ediblər.

Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu məktəbin digər velosipedçisi Maqsud Həsənov isə 17 yaşadək velosipedçilər arasında ən yüksək nəticə göstərib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31