24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Velosipedçimiz Dünya çempionatında 7-ci oldu

Londonda velosiped idmanının trek növü üzrə dünya çempionatına yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, yarış Azərbaycan yığma komandası üçün uğurlu sonluqla başa çatıb. Belə ki, millimizin üzvü Sergey Omelçenko olimpiya növü olan keyrində 7-ci yeri tutmaqla dünya çempionatları tariximizdə ən yüksək nəticəyə imza atıb.

Reqlamentə əsasən, ilkin mərhələdə 7 idmançı arasında finiş xəttini 2-ci keçən velosipedçimiz birbaşa yarımfinala vəsiqə qazansa da, təəssüf ki, finalın 6 iştirakçısı sırasında yer almaq mümkün olmayıb. Bununla belə, Sergey Omelçenko 7-ci yer uğrunda mübarizədə digər 5 rəqibini qabaqlamağı bacarıb. Qeyd edək ki, dünya çempionatının keyrin növündə planetin 25 ən güclü idmançısı mübarizə aparıb.

Qadınlar arasında 200 metr məsafəyə sprint növündə çıxış edən yığma komandamızın digər üzvü Olqa İsmaylova isə 33 iştirakçı arasında 18-ci nəticə göstərib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30