16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

“Synergy Baku”nun mövsümdə ilk uğuru

Azərbaycanın şosse velosipedi üzrə “Synergy Baku” kontinental komandası 2016-cı il mövsümündə ilk uğurunu əldə edib. Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) Xorvatiyada keçirilən birgünlük “Porec Trophy” yürüşü komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

Sayca 14-cü dəfə təşkil edilən yarışa Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Yosip Rumaç və Yannis Tamuridisdən ibarət heyətlə qatılan “Synergy Baku”nun komanda işi uğurlu sonluqla nəticələnib. 156,5 km-lik məsafəni 3 saat, 23 dəqiqə, 25 saniyəyə qət edən Müqerli ən yaxın izləyicisini 1 saniyə qabaqlayıb və starta çıxan 192 velosipedçi arasında finiş xəttini birinci keçməklə “Porec Trophy”nin 3 qat qalibi olub.

Məsələ burasındadır ki, hələ Sloveniyanın “Adria Mobil” komandasının heyətində çıxış edərkən Müqerli 2012 və 2013-cü illərdə də adı çəkilən yarışın qalibi olmuşdu. 2014-cü ildə isə bu yarışda “Synergy Baku” və Azərbaycanın Elit yığma komandasının üzvü, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averin çempionluq sevinci yaşamışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30