19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Güləşçimiz dünya reytinqində liderliyini qorudu

Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilmiş yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycanın 9 güləşçisi yer alıb.

"Bakı 2015" I Avropa Oyunları və ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada, son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) isə 2-ci sırada qərarlaşıb. Sıralamada mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) olub. Mürsəliyev 6-cı, Sabah Şəriəti 4-cü sırada qərarlaşıb.

Digər güləşçilərdən Həsən Əliyev (66 kq) 9-cu, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) 5-ci, İslam Abbasov (85 kq) 13-cü, Şalva Qadabadze (98 kq) isə 19-cudur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30