29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Sadıq Sadıqov: “Bu tərəfdaşlıq yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək”

Dünən SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov federasityanın mətbuat xidmətinə bu müqavilə barədə ətraflı məlumat verib. Sadıq Sadıqov açıqlamasında qeyd edib ki, bu sözləşmə yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək: “Ötən ilin oktyabr ayında Parisdə Azərbaycan Cüdo Federasiyası və Beynəlxaq Cüdo Federasiyasının rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, SOCAR-la Beynəlxalq Cüdo Federasiyası arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilmişdir. Bu il Olimpiya ili sayılır və bu dövr ərzində Beynəlxalq Cüdo Federasiyasının xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan Tərəfdaşlıq müqaviləsi də, bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaqdır . Eləcə də Beynəlxalq Cüdo Federasiyası tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”.

Sadıq Sadıqov həmin layihələrin nədən ibarət olduğunu da açıqlayıb: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulmuşdur. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcəkdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31