19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Millimizin müdafiəçisi: “Bu gün ruslarla oyunda yeni tarix yazmağa çalışacağıq”

Futzal üzrə milli komandamızın müdafiəçisi Eduardo Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamızın qrup mərhələsindəki çıxışını necə dəyərləndirirsən?

- Çox çətin qrupa düşmüşdük. İtaliya millisi son Avropa çempionudur. Onların gücü hamıya məlumdu. Çexiya millisi də əsasən gənclərdən qurulub. Bununla belə, əlimizdən gələni etdik. İlk oyunda uduzsaq da, Çexiyaya qarşı bütün gücümüzü meydanda qoyduq və qələbə qazandıq.

- İtaliya və Çexiya ilə matçlarda sərgilənən oyundan razı qaldın?

- İtaliya ilə oyunda yaxşı oynamadıq. Cəmi 2-3 qol şansımız oldu ki, onları da dəyərləndirə bilmədik. Amma çexlərə qarşı inamlı çıxış etdik. Matça yaxşı başladıq. Düzdür, sonradan rəqib hesabda tarazlıq yaratsa da, sonda istəyimizə çatdıq.

- İtaliya - Çexiya oyunundan öncə qrupdan çıxacağınıza ümidiniz nə qədər idi?

- Bayaq da dediyim kimi, İtaliya millisi son Avropa çempionudu və güclü komandadı. Ona görə də italyanların qələbə qazanacağına inanırdıq. Sonda da hər şey istədiyimiz kimi yekunlaşdı.

- Bu gün 1/4 finalda Rusiya ilə qarşılaşacağıq. Bu oyundan nə gözləyirsən?

- Rusiya millisi güclü komandadı. Çox çətin oyun olacaq. Lakin biz də zəif deyilik. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik,

- Rusiya millisi güclü olsa da, bu çempionatda Qazaxıstan və Xorvatiya ilə oyunlarda çətinliklə üzləşib...

- 2 oyuna 4 xal toplayıblar. Razıyam ki, ruslar keçirdikləri 2 oyunda inamlı təsir bağışlamayıblar. Amma əsas olan nəticədir və onu da qazanmağı bacarıblar.

- Rusiya ilə oyunda millimizin şanslarını necə dəyərləndirirsən?

- Şans həmişə var. Yekun nəticənin necə olacağını yalnız hakimin final fitindən sonra biləcəyik. Şanslar həmişə 50-nin 50-yədir. Ruslar güclü olsalar da, biz yalnız qələbə üçün meydana çıxacağıq. Çalışacağıq ki, bu gün ruslarla oyunda yeni tarix yazaq. Azərbaycan millisi bu günə kimi rəsmi oyunlarda rusları üstələyə bilməyib. Əlimizdən gələni edəcəyik ki, bu matçda qələbə qazanmaqla həm uğursuz seriyaya son qoyaq, həm də yarımfinala adlayaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30