20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Millimizin baş məşqçisi: "Rusiya yığmasını yaxşı tanıyıram"

"Biz narahat idik, oyunçuları izləyirdik. Qrupdan çıxmaq istəyirdik. Həyacan vardı, ancaq İtaliyanın Çexiyanın qapısından keçirdiyi ikinci topdan sonra bu həyacan öldü". "Report"un məlumatına görə, bunu UEFA-nın rəsmi saytına açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faustino Peres deyib.

Yığmanın Serbiyanın Belqrad şəhərində keçirilən Avropa çempionatındakı çıxışından danışan ispaniyalı mütəxəssis mübarizə apardıqları D qrupunda İtaliyanın yaxşı çıxış etdiyini və birinci yerə layiqli olduqlarını söyləyib: "Görək biz Rusiya ilə matçda artıra biləcəyikmi? Ümid edirəm ki, bu mərhələyə yüksəlmək bizə əlavə güc və özünə inam verib. Rusiya yığmasını yaxşı tanıyıram. Çünki Moskva "Dinamo"sunda ikən hazırda millidə olan bir neçə futbolçu ilə işləmişəm və onlar da məni yaxşı tanıyır. Rusiya yaxşı oyun nümayiş etdirir. Üstəlik, rəqibə də oynamağa imkan vermir".

Qeyd edək ki, futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin Rusiya - Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30