24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

AVRO-2016: Rusiya millisi Azərbaycanı gözləyir

Futzal üzrə Avropa çempionatında “C” qrupunda mübarizəyə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, qrupun son oyununda Xorvatiya və Rusiya milliləri üz-üzə gəlib. Matç 2:2 hesabı ilə yekunlaşıb. Halbuki xorvatlar qələbəyə çox yaxın olublar. Sona 1 dəqiqə 53 saniyə qalmış qapısında ikinci qolu görən Xorvatiya, son dəqiqədə 7 metrlik penalti zərbəsini də qaçırıb. Bununla da Rusiya millisi 4 xalla qrup qalibi olub. Qazaxıstan 3 xalla ikinci, Xorvatiya isə 1 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, az sonra “D” qrupunda Çexiya - Italiya oyunu start götürəcək. Son Avropa çempionu olan italyanlar çexlərə uduzmasalar, Azərbaycan millisi qrup ikinci kimi 1/4 finala adlayacaq və bu mərhələdə Rusiya ilə üz-üzə gələcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30