29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Millimizin rekordçu qapıçısı: “Məqsədimiz çexləri 3-4 top fərqi ilə udmaq idi”

Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız Avropa çempionatındakı ikinci matçında Çexiya üzərində vacib qələbə (6:5) qazandı. Qarşılaşma haqda nə deyə bilərsən?

- Çətin, gərgin oyun oldu. Italiyaya uduzandan sonra məqsədimiz çexlər üzərində qələbə qazanmaq idi. Başqa heç bir nəticə bizi razı sala bilməzdi. Rəqib haqda geniş məlumatımız yox idi. Bu səbəbdən oyunun gedişində də məşqçilərimiz kənardan öz tapşırıqlarını verirdilər. Əvvəldən məqsədimiz çexləri 3-4 top fərqi ilə udmaq idi. Bu halda, son turun nəticəsini gözləməli olmayacağdıq. Amma istəyimiz reallaşmadı. Çətin olsa da, qalib gəldik.

- Çexiya millisi hər hansı sürprizlə yadda qaldı?

- Yox, ciddi sürprizlə qarşılaşmadıq. Yalnız rəqib müdafiədə gözlədiyimizdən daha güclü oynayırdı. Bir qədər bu məqam bizim üçün çətin oldu. Görüşə yaxşı başlamışdıq. Lakin sonradan əvvəlki oyunda olduğu kimi yenə müdafiədə səhvlər buraxdıq.

- Çexiya ilə oyunda millimiz müdafiədə ilk matçdakından daha çox səhv etdi. Bunun səbəbini nədə görürsən?

- Razıyam, müdafiədə daha çox səhv etdk. Bunun səbəbini bilmirəm. Dəqiq nəsə deməyim də düzgün çıxmaz. Yaxşı olardı ki, bu suala baş məşqçimiz cavab versin.

- Buraxılan qollardan hansındasa özünü günahkar hesab edirsən?

- Oyunun təkrarına baxmaq lazımdı. Amma mənə elə gəlir ki, ikinci qol zamanı topu çıxarda bilərdim. Bəlkə də həmin epizodda komandama kömək etməliydim. Əvvəlki oyunda inamlı təsir bağışlamışdım. Bilirdim ki, buna görə Çexiya ilə oyunda məndən çox şey gözləyirlər. Lakin buraxdığımız qolların əksərində rəqib bizi birə bir, yaxud ikiyə iki epizodlarda yaxalayırdı.

- Çexiya üzərində qələbə millimizin 1/4 finala yüksəlməsinə kifayət edəcək?

- Düşünürəm ki edəcək. Çünki Italiya millisi adlı-sanlı komandadı, son Avropa çempionudu. Bu cür oyunla çexlər onlara qalib gələ bilməzlər.

- 1/4 finalda hansı komandayla qarşılaşmaq istərdin?

- Rəqibimiz yəqin ki, Rusiya millisi olacaq. Çünki Qazaxıstanın 2 oyundan 3 xalı var. Ruslar isə xorvatlara uduzmasalar, qrup birincisi olacaqlar. Çox istərdim ki, 1/4 finalda Xorvatiya ilə qarşılaşaq. Çünki onlarla oynamışıq, güclərinə bələdik. Amma belə olacağına inanmıram.

- Avropa çempionatındakı inamlı oyununla diqqət mərkəzinə düşmüsən. Bu diqqət “ulduz xəstəliyi”nə gətirib çıxarmayacaq ki?

- Əlbəttə ki, yox. “Ulduz xəstəliyi” mənlik deyil. Əksinə, diqqət olması məni daha çox həvəsləndirir. Maraq, diqqət var, deməli əziyyətimizi yerdə qoymurlar, qiymətləndirir. Buna görə də üzərimizdə daha çox işləyib, inamı doğrultmalıyıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31