24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Sumqayıt cüdoçuları ilə görüş keçirilib

“Azərkimya” İB-nin akt zalında Sumqayıt cüdo ictimaiyyətinin nümayəndələri, idmançılar, məşqçilər və klub rəhbərlərinin görüşü keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə Milli Məclisin Sumqayıtdan seçilmiş deputatları Muxtar Babayev və Tahir Mirkişili, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak ediblər.

Görüşdə Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərişi və qayğısı sayəsində bölgələrdə idmanın inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və gerçəkləşən irimiqyaslı layihələrdən söhbət açılıb. Rövnəq Abdullayevin Cüdo Federasiyasına prezident seçilməsindən sonra idmanın bu növündə yaşanan sürətli inkişaf xüsusi vurğulanıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 2015-ci ilin sentyabr ayında keçirilən konfransdan otən müddət ərzində görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, bu gün qarşımızda duran ən vacib məsələlərdən biri avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaq və yarışlarda yüksək səviyyədə təmsil olunmaqla, yeni uğurlara imza atmaqdır.

Bölgələrdə, o cümlədən Sumqayıtda cüdonun inkişafına yeni həyat vermək məqsədilə federasiyada qurum rəhbərinin tapşırığına əsasən xüsusi proqram hazırlandığını vurğulayan Sadıq Sadıqov yeni rəhbərliyin ciddi nəzarəti və idmanın bu növünün inkişafına yaxından dəstəyi nəticəsində mövcud problemlərin qısa müddət ərzində aradan qaldırılacağını söyləyib.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə «Azərkimya» İB-nin müşahidə şurasının sədri Muxtar Babayev, Sadıq Sadıqov və Tahir Mirkişili idmançıları və KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

Sonda şəhərin idman ictimaiyyətinin nümayəndələri maraqlı görüş üçün tədbirin təşəbbüskarlarına minnətdarlıqlarını ifadə ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30