24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Vitali Borisov: “Bu, bizim köhnə xəstəliyimizdi”

Futzal üzrə milli komandamızın aparıcı üzvü Vitali Borisov Futbolxeber.az saytına müsahibə verib.

- Millimiz Avropa çempionatının ilk turunda İtaliyaya 0:3 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun normal keçdi. Ümumi götürdükdə, pis oynamadıq. Birinci hissədə rəqibin qol epizodları oldu. Lakin qapıçımız gözəl oynadı. Hər şey azlıqda qalmağımızdan sonra başladı. Bundan sonra İtaliya kimi güclü rəqibə qarşı oynamaq çətin idi. Yaxşı müdafiə olunsaq da, sonda uduzduq.

- Amaedonun qırmızı vərəqə aldığı epizodu necə şərh edərdin?

- Orda cərimə oldu və hakim də qırmızı vərəqəni göstərdi.

- Amadeounun aqressiv olmasına səbəb nə idi?

- Bunu onun özündən soruşmaq lazımdı.

- Ola bilər ki, bu aqressivlik qələbə qazanmaq istəyindən irəli gəlsin?

- Hər şey ola bilər. Mümkündür ki, istəyin çoxluğundan özünü “yandırdı”.

- Özün də qeyd etdin ki, müdafiədə yaxşı oynadıq. Amma hücum barədə eyni sözləri deyə bilmərik.

- Razıyam ki, hücumda çətinlik çəkirdik. Az qol şansımız oldu. Rəqibin şansları daha çox idi. Qapıçımız oyunu çox yaxşı keçirdi. Xeyli epizodda komandamızı qoldan xilas etdi. Fasilədən dərhal sonra qapımızda qol gördük. Bütün bunlar oyunumuza təsir göstərdi. Standard vəziyyətdən qol buraxmağımız heç də yaxşı hal deyil. Bu, bizim köhnə xəstəliyimizdi.

- Qarşıdan Çexiya ilə oyun gəlir. 1/4 finala yükəlmək üçün millimiz çexlər üzərində qələbə qazana biləcək?

- Həmin oyuna qədər mütləq toparlanmalıyıq. Bütün gücümüzlə oynamalıyıq. Hamı bir nəfər üçün mübarizə aparmalıdı. Əlimizdən gələni etməliyik ki, qalib gələcək.

- Amadeonun yoxluğu qarşıdakı matçda özünü göstərəcək?

- Amadeonun olmaması pisdi. Əlimizdən gələni edəcəyik ki, onun yoxluğu hiss olunmasın. Heyətdə 12 oyunçu var. Ümid edirəm ki, 1/4 finala yüksələ biləcəyik. O zaman artıq Amadeo bizə kömək edəcək.

- Çexiya millisi haqda hansı məlumata sahibsən?

- Hələ elə də geniş məlumatımız yoxdu. Bu gündən rəqibi tanımağa başlayacağıq. Köhnə heyətdən cəmi 3-4 nəfər qalıb. Çexlərin heyəti cavanlaşıb. Bərabər güclü rəqiblərin oyunu olacaq. Düşünürəm ki, çexlərə qalib gələ bilərik. Çexiya İtaliya deyil. Onlar dünya çempionatına vəsiqə qazana bilməyiblər. Bu səbəbdən də Avropa çempionatında uğur qazanmaq istəyirlər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30