19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Nazir: “Formula 1”in büdcəsi 150 milyon dollar ola bilməz”

“Formula 1” yarışlarına hazırlıq işləri qaydasında gedir, heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqləli şəkildə aparılır, tıxaclar yaranmır". Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, "Formula 1" yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub, 300 metr uzunluğu, 21 metr eni, iki mərtəbəli bina tam hazır şəkildə gətirilərək Azadlıq meydanında qurulacaq.

A. Rəhimov bəzi mətbuat orqanlarında "Formula 1" yarışına Azərbaycanın 150 milyon dollar xərcləyəcəyi barədə fikirlərə də münasibət bildirib: "Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir. Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30