18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Tino Perez: “2 oyundan minimum birini udmalıyıq”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Avropa çempionatının final mərhələsinə hazırlıq yekunlaşmaq üzrədir. Fiziki və taktiki çalışmalardan sonra komandada son durum necədir?

- Yanvarın 11-dən 19-dək fiziki, bir günlük fasilədən sonra isə taktiki çalışmalara yer verdik. Fiziki məşq prosesini yenə İspaniyadan dəvət etdiyimiz mütəxəssis keçdi. Bu mütəxəssislə birgə işimiz faydalı alınır. Çünki o, nə istədiyimi yaxşı bilir və hazırlıq prosesini də ona uyğun olaraq qurur. Həm də fiziki hazırlıq keçmək üçün indi daha münasib vaxtdır. Ümumiləşdirsək, normal hazırlıq prosesi keçdik.

- Rəsmi oyunlara iki gün qalıb. Komanda ilə bağlı sizi narahat edən məqamlar varmı?

- Böyük ölçüdə, həll edilməmiş problemimiz qalmayıb. Hazırlığa 17 nəfər dəvət etmişdik. Biri qapıçı olmaqla 3 nəfəri Bakıda saxladıq. Düşərgəmizdə olan 14 futzalçı arasında yüngül zədəsi olanlar var, amma bu onların meydana çıxmasına mane olmayacaq. Narahat edən yeganə məqam yığma komandalar səviyyəsində yoxlama oyunu keçirə bilməməyimizdir. Çünki məşqlə oyunun atmosferi eyni deyil. Məşq prosesində görə bilmədiklərin səhvlər oyunda üzə çıxır. Bizim heyətdə yer alan futzalçıların bir neçəsi ilk dəfə bu cür yarışda və atmosferdə çıxış edəcək. Onlar üçün çətin olacaq.

- Avropa çempionatının final mərhələsindəki rəqiblərimiz İtaliya və Çexiya yığması barədə hansı məlumatları əldə etmisiniz?

- Hər iki rəqib haqda mütəmadi olaraq məlumatlar toplayıram. İtaliya millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Makedoniya yığması ilə keçirdiyi oyunları izləmişəm. Komandanın oyun üslubu, standart vəziyyətlər zamanı istifadə etdiyi “ev tapşırıq”ları haqda lazımi məlumatlar toplamışam.

- Millimiz son iki qitə birinciliyinin final mərhələsinə vəsiqə qazansa da, qrupdan çıxa bilməyib. Bu uğursuz seriyaya son qoymaq üçün nə düşünürsünüz?

- Mübarizəni davam etdirmək üçün 2 oyundan minimum birini udmalıyıq. İtaliya güclü rəqibdir, Avropa çempionatının son qalibidir. Ancaq oyunöncəsi bizim üçün də müsbət məqam var. Komandamız uzun müddətdir bir yerdə hazırlıq keçir. Bu, vacib məqamdır.

- İtaliya favorit olduğundan, diqqəti Çexiya yığması ilə oyun yönəldəcəyinizi düşünmək olarmı?

- İndidən Çexiya haqqında düşünmək istəməzdim. Çünki bizim ilk rəqibimiz İtaliyadır. Bu görüşdə yaxşı nəticə qazana bilməsək, o zaman Çexiya haqda düşünəcəyik. Çexiya ilə qarşılaşmamız isə finala bərabər oyun olacaq. Bilirəm ki, çexlər də əsas güclərini bizimlə oyuna səfərbər edəcəklər. Hər bir komandanın öz məqsədi, tapşırığı var. İstənilən halda, qrup mərhələsinə vəsiqə qazanmaqla kifayətlənmək istəmirik.

- Hər iki oyun Bakı vaxtı ilə gecəyarısı başlayacaq. Bu, uyğunlaşma baxımından problem yaratmayacaq?

- Belqrada 1-2 gün tez getməyimizə şərait yaratdığına görə, federasiya rəhbərliyinə təşəkkür edirəm. Əgər oyunlardan cəmi 1 gün əvvəl getsəydik, əlbəttə, bu problem yaradacaqdı. Amma uyğunlaşma üçün 3 gün vaxtımız olacaq.

- Müqayisə apara bilərsinizmi: yığma DÇ-nin seçmə, yoxsa AÇ-nin final mərhələsinə daha yaxşı hazırlaşıb?

- Əsas hazırlıq prosesini DÇ-nin seçmə mərhələsinə hazırlaşan zaman keçirmişik. İndi müəyyən şeyləri təkrarladıq. Xüsusilə də taktiki çalışmalar zamanı standart vəziyyətləri necə yerinə yetirəcəyimizi xatırladıq.

- Proqnoz verməyi xoşlayırsınızmı?

- Əvvəlcədən proqnoz vermək çox çətindir. Təbii ki, komandanın qarşısına tapşırıq qoyulub. Rəqiblərimizin güclü olmasına rəğmən, çalışacağıq ki, 1/4 final mərhələsinə vəsiqə qazanaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30