25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“Bakı-2015” dünyanın idman yarışları sırasında 3-cü yeri tutub

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) bir sıra nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, media üçün yaradılan şərait baxımından "Bakı 2015" I Avropa Oyunları 3-cü yeri tutub.

Bu Oyunlar 298 və ya 14,85 faiz səs yığıb. Çinin paytaxtı Pekində keçirilmiş atletika üzrə dünya çempionatı 366 səslə (18,24 faiz) birinci, Kanadada təşkil olunmuş qadınlar arasında futbol üzrə dünya çempionatı 305 səslə (15,2 faiz) ikinci yeri tutub.

Digər nominasiyalara gəldikdə, yamaykalı sprinter, 100 metr və 200 metr, eləcə də 4X100 metr məsafəyə qaçışda dünya çempionu Useyn Bolt 804 səslə (27,74 faiz) kişilər arasında ilin idmançısı sayılıb. Serbiyalı tennisçi Novak Cokoviç 774 səslə (26,71 faiz) ikinci, İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi 380 səslə (13,11 faiz) üçüncü olub.

Ən yaxşı qadın idmançı nominasiyasında ABŞ tennisçisi Serena Uilyams 664 səslə (24,19 faiz) birinci, efiopiyalı atlet Genzebe Dibaba 362 səslə (13,19 faiz) ikinci, onun hollandiyalı həmkarı Dafne Şippers 283 səslə (10,31 faiz) üçüncü yeri tutub.

Ən yaxşı komanda nominasiyasında "Barselona" futbol klubu 848 səslə (30,2 faiz) qalib olub. Yeni Zelandiyanın reqbi üzrə yığması 506 səslə (18,02 faiz) ikinci, ABŞ-ın "Qolden Steyt Uorriorz" basketbol kollektivi isə 298 səslə (10,61 faiz) üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, səsvermədə Azərbaycanı heç bir qurum təmsil etməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30