16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Şahmatın “Əlifba”sında intellekt sınağı

“Əlifba” Uşaq Tədris Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə balaca şahmatçılar arasında tempo turniri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 32 nəfərin qatıldığı açıq turnirdə “Əlifba” Uşaq Tədris Evindən başqa Aura idman kompleksi, Hövsan və Suraxanı şahmat məktəblərindən də iştirakçılar mübarizə aparıb. Yarışın təşkilatçısı Araz Babayevə turnirin təşkilində hakim qismində Respublika Şahmat Məktəbinin mütəxəssisi Raul Quliyev kömək edib. Turnirə fəxri qonaq kimi Biləsuvar rayonunu təmsil edən şahmat üzrə 10 yaşlılar arasında Azərbaycan çempionu Xəzər Babazadə də qatılıb.

İsveçrə sistemi üzrə keçirilən gərgin yarışın sonunda qalib Suraxanı Gənclər evinin şahmatçısı Habil Cavadov olub Turnirin gümüş medalını Hövsan qəsəbəsini təmsil edən Toğrul Qurbanov, bürünc medalını isə yenə də Suraxanı Gənclər Evinin balaca intellektualı Ramil Əsgərov qazanıb. 

Qızlar arasında qalib isə “Əlifba” Uşaq Tədris Evinin yetirməsi Elnarə Məlikzadə ən güclü olub.

Turnirin sonunda “Əlifba” Uşaq Tədris Evinin direktoru Mina Əhmədova yarış iştirakçılarını qazandıqları uğur və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edərək onlara qarşıdan gələn yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Əlifba” Uşaq Tədris Evinin şahmat kursu respublikamızda öz dəst-xətti ilə seçilən bir məktəb olmaqla Azərbaycan şahmatına Xumar Məhərrəmova, İsmayıl Qurbanov, Sabir Xanzadəyev, Paşa Aslanov, Kənan Şəfiyev, Əhməd Bəxtiyev kimi 1-ci dərəcəli perspektivli şahmatçılar nəsli yetişdirib.

Sonda qaliblərə turnirin kubok və medalları, xatirə diplomları və hədiyyələr təqdim edilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30