20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan çempionu dünyasını dəyişdi

Azərbaycan çempionu Dejan Brdjoviç vəfat edib. Futbolxeber.az-ın məlumatına görə, 49 yaşlı serbiyalı mütəxəssis yaşadığı evdə dünyasını dəyişib.

Polşanın “Şetsin” klubunu çalışdıran Brdjoviç ölkə çempionatında yaranan fasilə səbəbindən Belqrada ailəsinin yanına dönüb. Əsas məqsədi yeni ili doğma ölkəsində keçirmək olan Brdjoviçin bu istəyi ürəyində qalıb. Onun hələlik nədən vəfat etdiyi rəsmi açıqlamır.

2010/2011 mövsümündə “Rabitə” voleybol klubunun Azərbaycan çempionu edən və Çempionlar Liqasının finalına yüksəldən mütəxəssis 2014/2015 mövsümündə də Bakı klubunun “sükanı arxası”nda olub. Lakin artıq tarixin yaddaşına köçən “Rabitə”də onun ikinci dönəmi uğurlu alınmayıb və 2015-ci ilin fevralında istefaya göndərilib.

Hər 2 gedişində komandamızda onu əvəzləyən həmyerlisi, hazırda “Telekom”un baş məşqçisi olan Zoran Qayiç isə Brdjoviçin ölməsinə məyus olub. Olimpiya çempionu bildirib ki, dünya voleybolu ən yaxşı mütəxəssislərindən birini itirib.

Qeyd edək ki, sabiq Yuqoslaviya yığmasında 300-dən artıq oyun keçirmiş Brdjoviç 10-dan artıq klubun şərəfini qoruyaraq, müxtəlif titulların sahibidi. Aktivində dünya və Avropa çempionatlarının da medalları olan mütəxəssis baş məşqçi kimi də bir sıra uğurlara imza atıb. Ölkəsi ilə yanaşı, İtaliya, Azərbaycan və Polşada çalışan Brdjoviç bu çempionatlarda fəxri kürsüyə yüksəlməyi bacarıb.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30