19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycanın daha bir ağırlıqqaldıranından dopinq tapılıb

Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib. "Report"un məlumatına görə, bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub.

33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir. İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.

Bolqarıstan mətbuatı dünya çempionatında Azərbaycan millisinə 62 kq çəki dərəcəsində bürünc medal qazandırmış Valentin Xristovun da dopinq-testdən keçə bilmədiyini yazıb. Amma DPA agentliyi yığma üzvlərindən yanız Angelovanın 4 idmançı arasında olduğunu yazıb.

Qeyd edək ki, Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il gümüş medal qazanıb. Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb. Bu il cəzasını başa vurduqdan sonra Angelova dünya çempionatını 39 idmançı arasında 34-cü pillədə başa vurub




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30