Digər idman növləri
Fariz Məmmədov: "Boynuma düşən haqqı ödəmək niyyətindəyəm"
Azərbaycanlı peşəkar boksçu, “Qəbələ” İdman Klubunun (İK) üzvü Fariz Məmmədov növbəti döyüşünə hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, WBO və WBCA versiyaları üzrə Avropa kəmərinin sahibi olan idmançı bu dəfə WBF versiyasında dünya çempionluğu uğrunda mübarizə aparacaq.
Bu, Azərbaycan peşəkar boks tarixinə həm də yeni bir səhifənin açılmasına səbəb olacaq. Çünki Fariz WBF versiyasında dünya kəməri uğrunda döyüşəcək ilk boksçumuz kimi tarixə düşəcək. Rəqib və hazırlıq barədə 35 yaşlı rinq ustası “Qəbələ İK” qəzetinə müsahibəsində ətraflı danışıb.
- Qarşıdakı döyüşə bu ilin avqustundan etibarən Ukraynanın Xarkov şəhərində, iki yerli məşqçi ilə hazırlaşıram. Eyni zamanda, 2 həkim ümumi fiziki sağlamlığıma və məşqlərin tempinə nəzarət edir. Hazırlıq prosesi 4 hissəyə bölünüb. İlk 4 həftədə ümumi fiziki, sonrakı 2 həftədə xüsusi fiziki hazırlığa diqqət ayrılıb. Ardınca 4 həftə sırf boks hazırlığı ilə məşğul olmuşam. Bir həftəlik istirahətdən sonra isə yarış hazırlığına start verdik. Məşq prosesindən razıyam, peşəkar komandamla birgə qarşıdakı döyüşə ciddi hazırlaşırıq.
- Hazırlıq üçün məhz Ukraynanı seçməyiniz nə ilə bağlıdır?
- Bilirsiniz ki, mən döyüşlərə çox vaxt xarici ölkədə hazırlaşıram. Ukraynada peşəkar boks çox inkişaf edib. Bu ölkəni seçməyimin əsas səbəblərdən biri də budur. Əslində, hazırlığın son 2 həftəsini Qəbələdə keçmək istəyirdim. Lakin bizdə sparrinq rəqiblər tapmaq çox çətindir. Təsəvvür edin ki, Xarkovda cəmi 1 zala daxil oldum və dərhal 4 sparrinq rəqib tapdım. Özü də onların hamısı
rəqibimə uyğun olaraq solaxaydır. Bilirsiniz ki, peşəkar boksda sol əllə döyüşənlər azlıq təşkil edir. Ancaq Ukraynada bu baxımdan problem yaşanmadığından, sona qədər burada hazırlaşmaq qərarına gəldim.
- Hazırlıq prosesinin uzunmüddətli olması görünür döyüşə həddən artıq məsuliyyətlə yanaşmağınızdan irəli gəlir. Axı siz heç vaxt bir döyüşün hazırlığına 4 ay vaxt sərf etməməsiz.
- Elədir. Lusambia ilə döyüş mənim üçün böyük əhəmiyyət kəsb edir. Peşəkar boksçu karyeramda 14 ildən sonra nəhayət, ilk dəfə dünya çempionluğu uğrunda vuruşmaq hüququ qazanmışam. Ona görə də, həmişəki kimi, 1-2 ay yox, 4 aylıq təlim-məşq toplanışı keçmək qərarına gəldik. Düzünü desəm, “dünya kəməri” uğrunda döyüşəcəyimə son həftələrə qədər inanmırdım. Axı belə şərəf hər boksçuya nəsib olmur. WBF dünya çempionluğu uğrunda döyüşümə noyabrın ortalarında rəsmən icazə verib. Şükürlər olsun ki, beynəlxalq federasiyadan rəsmi təsdiq almışam. Bunu kiçik qələbə də adlandırmaq olar, indi qalır xalqımızı, bütün peşəkar boks azarkeşlərini rənqdəki qələbə ilə sevindirmək.
- Rəqib barədə nə bilirsiniz?
- İlk dəfə WBF versiyası üzrə “dünya kəməri” uğrunda döyüşə cıxacağam. Rəqibim Afrika qitəsindəndir, daha dəqiqi Uqandanı təmsil edən 33 yaşlı Badru Lusambiadır. Hər ikimizin çəkisi eyni - 69,9 kq-dır. Demək olar, peşəkar boksda stajı elə mənimki qədərdir: 13 il. Onun aktivində 24 qələbə var ki, bunların da 22-ni nokautla qazanıb. Qalan 4 döyüşün 2-də uduzub, 2-ni isə heç-heçə bitirib.
- Dünya çempionu titulundan savayı döyüşün Bakıda keçirilməsi də yəqin ki, məsuliyyəti birə-beş artıracaq.
- Elədir. Dekabrın 19-da Bakıda, doğma xalqım önündə məni çətin və məsuliyyətli görüş gözləyir. Dünya çempionluğu uğrunda döyüşmək hüququnu bu ilin mayın 2-də Andrey Abramenko üzərində qələbədən sonra əldə etmişəm. Döyüşün harada təşkil edilməsi ilə bağlı isə bir neçə variant ortaya çıxmışdı. Amerika, Avropa, eləcə də Ukraynada rinqə çıxmaq olardı. İyun ayında, I Avropa Oyunları zamanı “Qəbələ” İK-nın prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfovdan növbəti döyüşümün Azərbaycanda keçirilməsini xahiş etdim. Məqsədim qələbə qazanıb, “Qəbələ” klubunun, həmçinin xalqımızın haqqını qaytarmaqdır. Çünki öz ölkəmdə 1 il ərzində 2 dəfə məğlub olmağım məni məyus edib. İndi boynuma düşən haqqı ödəmək niyyətindəyəm. Mənə etimad göstərib, yenidən Azərbaycanda rinqə çıxmağıma razılıq verdiklərinə görə, “Qəbələ” İK rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb