24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Dünya çempionumuz danışdı: “Çıxışımdan çox razıyam”

“Dünya çempionatına böyük hədəflərlə gəlmişdim”. Futbolxeber.az-ın məlumatına görə, bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova deyib.

22 yaşlı ikiqat Avropa çempionumuz ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında da ən güclü olub. 58 kq çəki dərəcəsində podimua çıxan Kostova yarışın qızıl medalını qazanmaqla yanaşı, 6 rekord müəyyənləşdirib.

Hazırda bu uğurun sevincini yaşayan Kostova bildirib ki, ABŞ-a iddialı yollandığından istəyini həyata keçirmək çətin olmayıb. Ağırlıqqaldırma tariximizə ilk qadın dünya çempionu kimi düşən atletin sözlərinə görə, dünya çempionatında göstərdiyi nəticədən çox razıdı: “Qarşıma 2 məqsəd qoymuşdum. Hədəfimdə çempionluq və dünya rekordu vardı. Rəqiblərim arzularımı gerçəkləşdirməyə mane olmağa çalışsalar da, bunu bacarmadılar. Yalnız qızıl medal üçün yollandığım Hyustonda istəyimə çatdım. Buradakı çıxışımdan çox razıyam”.

Qeyd edək ki, ağır atletika tariximizdə indiyədək yeganə dünya çempionumuz Nizami Paşayev hazırda yığmamızın məşqçilər korpusunda yer alır. O, 2002-ci və 2005-ci illərdə mundialda bütün rəqiblərini qabaqlamışdı. Kostova isə ilk qadın dünya çempionumuz olmaqla yanaşı, 10 illik həsrətə də qon qoyub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30