19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Neftçi İdman Klubu”nun üzvü həm dünya çempionu oldu, həm də yeni rekorda imza atdı

ABŞ-ın Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Futbolxeber.az-ın məlumatına görə, "Neftçi İdman Klubu”nun atleti Boyanka Kostova (58 kq) yarışda böyük əzmkarlıq nümayiş etdirib və dünya çempionu tituluna yiyələnib. İdmançımız dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb. Belə ki, birdənqaldırma hərəkətində ilk cəhdini boşa verən Kostova ikinci yanaşmasında 109 kq ağırlığı qaldırmaqla, özünə məxsus Avropa rekordunu təkrarlayıb. Ardınca o, 112 kq çəkinin öhdəsindən gəlib. Üçüncü cəhdində bu çəkini ram etməklə, Boyanka yeni dünya rekordu vurub. Buna qədər rekord çinli Çen Yanqinqə məxsus idi. Atletimiz rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb. O, 112 kq ağırlığı başı üzərinə qaldırmaqla, Avropa rekordunu da adına yazdırıb.

Boyanka Kostova təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. Əvvəlcə 136 kq-ın öhdəsindən gələn təmsilçimiz bununla növbəti rekordu yeniləyib. Ona görə ki, toplamda 248 kq göstərici onun özünə məxsus Avropa rekordunun təkrarı olub. Kostova ardınca 140 kq çəkini sifariş edib. Ancaq ikinci yanaşmasını boşa verən ağırlıqqaldıranımız üçüncü cəhdində bunu bacarıb. Bu isə toplamda yeni rekordla nəticələnib. O, 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə də 1 kq təzələyib. Eyni zamanda, bu nəticə həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsinə gətirib çıxarıb.

Beləliklə, Boyanka Kostova toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə Azərbaycan ağırlıqqaldırma tarixində ilkə imza atıb. Qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanan Kostova, həm də 6 rekordu - 2 dünya və 4 Avropa rekordunu adına yazıb.

Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə Avropa çempionu olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30