25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Çüdoçularımız Çin Qran-prisində qazandıqları uğurdan danışdılar

Çin Qran-prisinin sonuncu günündə bürünc medal qazanmış cüdoçularımız Ramin Qurbanov, Elmar Qasımov və Elxan Məmmədov yarışdan sonra fikirlərini bölüşüblər.

Ramin Qurbanov: “Yarışı komanda olaraq çox yüksək səviyyədə keçirdik. Bunun səbəbi idi ki, kişilər arasında komanda hesabında 1-ci yeri tutduq. Olimpiadaya lisenziya xarakterli yarış olduğuna görə asan rəqib yox idi. Bütün dünyadan yarışa güclü idmançılar qatılmışdı.

Uzun müddət idi ki, lazımlı məşqlər keçirilmirdi. Məncə, son dövrlər medal qazanmamağımın əsas səbəbi də bu idi. Hal-hazırda isə yeni federasiya rəhbərliyinin yaratdığı şəraitin sayəsində və yeni məşqçilərin səyləri nəticəsində medal qazana bildim.

Artıq Koreya Qran-prisinin hazırlıqlarına başlamışıq. Dörd gün sonra baş tutacaq turnirə fiziki məşqçimiz Harinin rəhbərliyi altında yüngül yüklü məşqlər keçdikdən sonra kimano ilə məşqləri Piterin başçılığı altında keçəcəyik. Ümumilikdə komandamızda olan uşaqların hər birinin uğur qazanacağına əminəm”.

Elmar Qasımov: “Çox gərgin yarış keçdi. Lisenziyaya görə son yarışların hamısı ağır keçir. Medal qazanacağıma 90% əmin idim. Ancaq zədəli olduğumdan bir qədər şübhələrim var idi. Buna baxmayaraq, sona kimi mübarizə apardım və istəyimə nail oldum.

Elə alındı ki, komanda yoldaşım Elxan Məmmədovla üz-üzə gələsi olduq. Elxan bir xəbərdarlıq qabağa keçdi. Sonra zədə aldım və passiv güləşdiyimə görə daha bir xəbərdarlıq alaraq məğlub oldum. Ayağımın ağrısına görə həmin qarşılaşmada yaxşı güləşə bilmədim.

Hal-hazırda da ağrılar hiss edirəm. Ümid edirəm ki, həkimlərimizin səyi nəticəsində gələn yarışa kimi tam hazır olacağam”.

Elxan Məmmədov: “Yarış çox yüksək səviyyədə keçdi. Təşkilatçılıq məsələlərinə də söz ola bilməzdi. Azərbaycan komandası kişilər arasında 1-ci yeri tutdu. Təbii ki, bu da bizim üçün böyük bir uğurdu.

Son vaxtlar medal qazanmamağımın əsas səbəbi iki dəfə uzunmüddətli zədəli olmağım idi. Allaha çox şükürlər olsun ki, özümdə güc toplayıb yenidən geri qayıda bildim.

Elmarla tatamidə rəqib olsaq da, kənarda qardaş münasibətindəyik. Görüşümüz isə çox çətin keçdi.

Qarşıda Koreya Qran-prisi var. Çalışacağıq ki, o yarışda da uğurların davamını gətirək. Əlimizdən gələni edəcəyik ki, orada da qələbələr qazanaq və xalqımızı sevindirək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30