19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Düşünmürdüm ki, finalda ilk dəqiqədən “ippon”la qalib gələ bilərəm”

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışın ilk günündə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxan Nicat Şıxəlizadə yarışdan sonra turnirlə bağlı fikirlərini açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, Şıxəlizadə qələbəsini belə şərh edib: “Bildiyiniz kimi, Çin Qran-prisi ən güclü yarışlardan biridir və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub olimpiyadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim”.

- Rəqiblərin haqda fikirlərini bilmək istərdik.

- Rəqiblər haqda onu deyə bilərəm ki, ilk görüşümlə yarımfinal görüşüm bir az çətin keçdi və buna baxmayaraq qalib gələ bildim. Finala isə inamla, qalib olmaq üçün çıxmışdım, amma düşünmürdüm ki, ilk dəqiqədən “ippon”la qalib gələ bilərəm. Çünki rəqibim çox güclü idmançı idi.

- Yeni məşqçi gəldikdən sonra hazırlıqlar necə keçir?

- Məşqlərimiz çox yüksək səviyyədə keçir. Onu deyə bilərəm ki, biz son zamanlar iştirak etdiyimiz bütün yarışlarda yüklənmə hazlığı ilə dincəlmədən çıxış edirik və bu bizim məşqçinin proqramıdır. Ona güvənirik. İnşallah qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq.

- Gələn həftə baş tutacaq Koreyadakı yarış haqqında fikirlərini bilmək istərdik.

- Koreyada keçiriləcək Qran-pri yarışının da bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30