25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Ermənini məğlub edən cüdoçumuz Avropa üçüncüsü oldu

Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb. Futbolxeber.az-ın məlumatına görə, yarışların ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Davud Məmmədov qitə birinciliyində ilk görüşünü Kipr nümayəndəsi İrodotos Kelpisə qarşı keçirib. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu daha sonra rusiyalı Savva Karakizidi, italyan Karmin di Lorento və bolqar Denislav İvanova qalib gələrək finala çıxıb. Davud Avropa çempionatının qızıl medalı uğrunda rusiyalı İslam Yaşuev ilə qarşılaşıb. Finalda rusiyalı məğlub olan cüdoçumuz gümüş medal qazanıb. 

66 kq çəki dərəcəsində isə iki cüdoçumuz Avropa birinciliyində bürünc medal uğrunda mübarizə aparıb. Rəşad Rufullayev və Telman Vəliyev öz aralarındakı görüşdə 3-cü yerin sahibini müəyyənləşdirib. Bu dueldən Vəliyev qalib çıxıb. Bir faktı qeyd edək ki, Telman Vəliyev ilk görüşdə Litvanı təmsil edən erməni əsilli cüdoçu Teqran Qalustyanı udaraq yarışdan kənarlaşdırıb.

Daha bir cüdoçumuz da Slovakiyada bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qızlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva medal qazanmaq üçün ispaniyalı Sinta Qarsiya ilə görüşüb. Qızıl xal uğrunda mübarizədə xəbərdarlı alan Leyla birinciliyi 5-ci yerdə başa vurub.

Avropa birinciliyinin ilk günündə mübarizə aparan digər iki cüdoçumuz - Rüfət Tağızadə və Səkinə Zairova final mərhələsinə çıxa bilməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30