28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bayraq Günü ilə əlaqədar veloyürüş keçirilib

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi iştirak edib.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət ediblər. 16,5 km-lik yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Veloyürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən və birliyimizi əks etdirən yürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı Günü ərəfəsində keçirilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31