24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Bu gün Dünya Cüdo Günü qeyd olunur

Beynəlxalq Cüdo Federasiyası hər ilin 28 oktyabr tarixini “Dünya Cüdo Günü” kimi qeyd edir. Futbolxeber.az-a cüdo federasiyasından verilən məlumata görə, məhz cüdonun banisi Ciqoro Kano (Jigoro Kano) oktyabrın 28-də anadan olduğu üçün bu tarix cüdo günü kimi qeyd edilir.

Bu gün dünyada 20 milyondan çox insan cüdo ilə məşğul olur. 5 kontinental ittifaqı özündə birləşdirən beynəlxalq cüdo federasiyasına (İJF) 195 milli federasiya daxildir.

Azərbaycanda da bu idman növünə maraq çox böyükdür. 1992-ci ildə Nazim Hüseynov, 2008-ci ildə isə Elnur Məmmədli Olimpiya Oyunlarında çempion olaraq tarix yazıblar. 2013-cü ildə cüdoçumuz Elxan Məmmədov Azərbaycanın ilk dünya çempionu kimi tarixə düşüb. Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlarda, Avropa çempionatlarında, Avropa Oyunlarında parlaq qələbələr qazanıblar. Hal-hazırda da cüdo üzrə milli komandamızın üzvləri mötəbər yarışlarda uğurlar qazanaraq ölkəmizin idman şərəfini ləyaqətlə ucaldırlar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30