24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Azərbaycan “Rio-2016”ya daha bir lisenziya qazandı

Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıblar. "Report" xəbər verir ki, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının nizətullama yarışlarında mübarizə aparan idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilə dünya rekordu müəyyənləşdirərək yarışların qalibi olub. Beləliklə, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 10-cu lisenziyadır.

İradə Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30