19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Cüdo millimizdən daha bir medal

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dohada keçirilən gənc cüdoçular arasındakı dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub. Futbolxeber.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov, daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” - təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixail İqolnikovu udub.

Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30