29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

FİDE Harri Kasparovu cəzalandırdı

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov FİDE (Beynəlxalq Şahmat Federasiyası) ilə əlaqəli istənilən fəaliyyətdən 2 il müddətinə kənarlaşdırılıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, FİDE-nin sinqapurlu sabiq baş katibi İqnatius Leonq da eyni cəzanı alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ötənilki prezident seçkisindən öncə, bu vəzifəyə namizəd olan H.Kasparovla FİDE-nin o dövrdəki baş katibi İ.Leonq müqavilə bağlayıb. Dünya çempionu Asiya regionu üzrə federasiya adından ona səslərin verilməsi qarşılığında sinqapurlu funksionerə 500 min dollar ödəyib. Amma yekunda o uduzub və təşkilatın rəhbəri postuna Kirsan İlümjinov yenidən seçilib. FİDE H.Kasparovla İ.Leonqu qurumun mənəviyyat kodeksini pozmaqda da günahlandırıb.

Qeyd edək ki, Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub. Bir sıra müxalifətçi hərəkatların sıralarına qatılıb. Əslən bakılı sabiq dünya çempionu hazırda FİDE-də heç bir vəzifə tutmur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31