24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Azərbaycan çempionunun kurslarda iştirak üçün köməyə ehtiyacı var

Futzal üzrə son Azərbaycan çempionatının qalibi olan, lakin artıq tarixin yaddaşına qovuşan “Xəzər Adaları”nın sabiq baş məşqçisi Elnur Qəmbərov Moskvaya yollanıb. Bu haqda Futbolxeber.az saytına gənc məşqçinin özü məlumat verib: “15 gün “Qazprom” komandasının bazasında oldum. Komandanın məşqlərini izlədim. Orada məni çox yaxşı qarşıladılar. “Qazprom”un baş məşqçisi daha əvvəl milli komandamızın və “Araz Naxçıvan”ın formasını geymiş Kakadır. Daha sonra Moskva “Dinamo”sunun da düşərgəsini ziyarət etdim. Orada da həm taktiki, həm fiziki məşqləri izlədim”.

Qəmbərov qeyd edib ki, səfər öz hesabına reallaşıb: “Praktika üçün Moskvaya yollanmağı bir müddətdir istəyirdim. Kömək üçün çox adam ağız açsam da, heç kimdən müsbət cavab ala bilmədim. Yekuna səfərə öz hesabıma yollandım”.

Qəmbərov bildirib ki, məşqçi kursuna dəvət alıb: “Səfər müddətində Rusiya millisinin baş məşqçisi Sergey Skoroviçlə də görüşüm oldu. O məni tezliklə baş tutacaq lisenziya kursuna dəvət etdi. Həmin kurslara Portuqaliya millisinin baş məşqçisi rəhbərlik edəcək. Lakin hazırda həmin kurslarda iştirak edib-etməyəcəyimi bilmirəm”.

“Kurslarda iştirak üçün nə qədər pul lazımdır” sualını Qəmbərov belə cavablandırıb: “1000-1500 dollar. Hazırda belə bir imkanım yoxdur. Ona görə də köməyə ehtiyacım var. Kurslarda iştirakı çox istəyirəm. Çünki məşqçi məhz bu cür kurslar sayəsində biliyini artırır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30