20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

DÇ: 2 boksçumuz 1/4 finalda

Qətərdə keçirilən boks üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib. Futbolxeber.az-ın boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk olaraq boksçularımızdan 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb. Seçməmizin üzvü əlcəzairli Abdelkader Çadi ilə üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan Sotomayor 3:0 hesabı ilə qalib gəlib. Boksçumuz 1/4 final mərhələsində 2015-ci ilin Avropa çempionu rusiyalı Vitali Dunyavtsevlə qarşılaşacaq. Dunyavtsev bu gün Böyük Britaniya nümayəndəsi Pat Makkormakı məğlub edib. Sotomayorla Dunyavtsev oktyabrın 10-da qarşı-qarşıya gələcək.

Abdulqadir Abdullayev (91 kq) dünya çempionatına qələbə ilə başlayıb. Amma bu boksçumuza heç də asan başa gəlməyib. Millimizin üzvü Əlcəzairin digər təmsilçisi Çouaib Boulodiantsa döyüşdə 1-ci raundda 2 dəfə noqdauna düşüb. Amma ikinci hissədə özünə gələn Abdullayev bu dəfə rəqibi iki dəfə noqdauna salıb. 3-cü raunddan sonra hakimlər boksçumuz qələbəsini qeydə alıblar - 3:0. Boksçumuzun 1/4 finaldakı rəqibi argentinalı Yamil Peralta Jara olacaq. Həmin görüş oktyabrın 10-da keçiriləcək.

Bu gün axşam proqramında daha iki həmyerlimiz - Rüfət Hüseynov (49 kq) və Tayfur Əliyev (56 kq) rinqə çıxacaq. Hüseynov Hasanboy Dusmatovla (Özbəkistan), Əliyev isə İderkhuu Enhjarqalla qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30