29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtı dəyişdirilib

Beynəlxalq Avtomobil İdmanı Federasiyası (FİA) 2016-cı ildə Bakıda keçiriləcək "Formula-1" üzrə Avropa Qran Prisinin vaxtını dəyişdirib. "Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, paytaxt küçələrində təşkil olunacaq yarış gələn ilin 19 iyununa təyin olunub.

Halbuki, ilkin siyahıda bu Qran Prinin iyulun 17-də baş tutacağı bildirilirdi. FİA bu addımı 24 saat Le Man rallisi ilə üst-üstə düşməməsi üçün atdığını bəyan edib.

Qeyd edək ki, "Formula-1"də 2016-cı il mövsümünün startı martın 20-də Melburn Qran Prisi ilə veriləcək. Bakıdakı yarışadək Bəhreyn (3 aprel), Şanxay (17 aprel), Soçi (1 may), Barselona (15 may), Monte-Karlo (29 may) və Monreal (12 iyun) Qran Priləri də keçiriləcək. Qalibin adı mövsüm ərzində keçiriləcək 21 Qran Prinin yekununda məlum olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31