Digər idman növləri
Elnur Əşrəfoğlu: “Şido ilə də qələbə olsa, bəsimdir”
Cüdo federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlunun müsahibəsi
- Cüdo federasiyasında məsul vəzifəyə təyinatın ilk günləri barədə danışardınız. Nə yeniliklər?
- Adi iş günləri. Çünki bu iş, bu vəzifə mənə yad deyil. Bilirsiniz, dəfələrlə Olimpiya Oyunlarında, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda jurnalist kimi iştirak etmişəm, o cümlədən, cüdo yarışlarında.
- Cüdodakı durum hamıya məlum idi. Maliyyə çətinliyi cüdoçuların nəticəsinə də təsir göstərmişdi. Hətta yığma üzvləri bir neçə dəfə bunt qaldırmışdı, şikayətlənirdilər. Bu barədə hansı addımlar atılıb?
- Federasiyada görüləsi işlər çoxdur. Bir cüdo ailəsi olaraq burada çalışan hər kəsin üzərinə böyük yük düşür. Milli komandamızın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu. Avstriyalı məşqçi millinin üzvləri ilə görüşdü. Bəzi idmançılarımızın zədələri var. Qərara alındı ki, onlar Avstriyada müayinə olunsun.
- Qarşıda hansı yarış və ya toplanışlar var və hazırlıqlar necə gedir?
- Oktyabrın 17-də Parisdə mötəbər "Grand Slam" yarışı start götürür. Həmin yarışda milli komandamız da iştirak edəcək. Hələlik Paris turnirinə hansı cüdoçularımızın qatılacağı məlum deyil. Peter Zayzenbaher bu həftə Bakıda olacaq. Yaxın günlərdə heyətə də tam aydınlıq gələcək. Bu yarışdan sonra cüdoçularımız Parisdə qalacaqlar və təlim-məşq toplanışı keçəcəklər. Oktyabrın 30-da isə Parisdən birbaşa Abu-Dabiyə gedəcəklər. Həmin şəhərdə də "Grand Slam" olacaq. Bu yarışlar Olimpiya Oyunlarına lisenziya xalları verir. Ona görə nə qədər belə yarışlarda iştirak etsək, bir o qədər yaxşıdır.
- Hər halda, Rövnəq Abdullayevin prezident təyin olunması o deməkdir ki, cüdoda bir canlanma yaranacaq. Siz necə, yaşıl meydandan sonra tatamidə - hansı daha rahatdı. Başqa cür qoysaq sualı, fərqləri nədir?
- 25 ilə yaxındır ki, bu sahələrdəyəm (gülür). Yaşıl meydanını da görmüşəm, özü də necələrini. "Kamp-Nou" dan tutmuş, "Marakana"ya qədər. Eləcə də tatamisini də, döşəyini də, rinqini də, üzgüçülük sarayını da. Heç bir fərqi yoxdur.
- Futbolda olanda Elnur Əşrəfoğluna bəzən münasibət yaxşı olmadı. Ancaq susqunluğu üstün tuturdunuz. Mövqeyinizi yaxşılaşdırandan sonra rəqibə ippon tətbiq eləməyi sevirsizmi?
- Əgər işləyirsənsə, problemlər də olur, töhmətlər də, qarayaxmalar da - bunlardan qaça bilməzsən, ancaq harda olsam da, çalışmışam işimi peşəkar səviyyədə görüm. Əlbəttə, qələbə yaxşı hissdir. Fərq etməz, ippon olsun, ya vazari və s. fəndlər. Şido ilə də qələbə olsa, bəsimdir.
Mənbə: futbolpress.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq