29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Cüdo ailəsinin bu çətin vəzifənin öhdəsindən gələcəyinə inanırıq”

“Cüdonun regionlarda inkişaf etdirilməsi üçün lazımi işlər görüləcək. Rio Yay Olimpiya Oyunlarına 9 ay vaxt az qalıb. Olimpiadaya maksimum sayda lisenziya qazanmaq istəyirik. Orada da uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çətin olsa da, cüdo ailəsinin bu çətin vəzifənin öhdəsindən gələcəyinə inanırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

Baş katib Elmar Babanlı isə millinin köhnə-yeni baş məşqçisi Peter Zayzenbaherlə müqaviləni yeniləyib-yeniləməyəcəklərinə Olimpiya Oyunlarından sonra qərar veriləcəyini qeyd edib: “Qarşıdan Rio Olimpiadası gəlir. Ondan sonra baş məşqçinin qazandığı nəticələrə əsasən gələcək fəaliyyəti barədə qərar qəbul ediləcək. Məqsədimiz Olimpiadaya 7 çəkidə lisenziya qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Vitse-prezident Elnur Məmmədli isə fikirlərinin belə ifadə edib: “Xaricdən millinin heyətinə mütəxəssislər cəlb olunacaq.

Hamımız əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Hər birimizin məqsədi cüdonu inkişaf etdirməkdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31