19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Elman Rüstəmov: "Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir"

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. Futbolxeber.az-ın məlumatına görə, federasiya rəhbəri 1/4 finalda mübarizəni davam etdirən Şəhriyar Məmmədyarovun çıxışı barədə danışıb: "Mütəmadi olaraq Dünya Kubokunda nəticələrlə bağlı məlumat alıram. Bu gün 1/4 finala gəlməkdə əsas məqsəd şahmatçımız Şəhriyar Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".

1/4 finalda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır. Federasiya rəhbəri şahmatçımızdan bu görüşdə də uğur gözlədiyini bildirdi: "Şəhriyarın xarakterini bilirik, ona görə şahmatçımızdan daha böyük uğurlar gözləyirik. Şəhriyarın xarakteri daha çox irəliləməyə imkan verir. Şahmatda proqnoz vermək çətindi, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

Elman Rüstəmov bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirib: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Mötəbər yarşın ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".

Dünya Kubokunun mətbuat xidməti

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30