Digər idman növləri
"Dünya Kubokunu unudub, "SOCAR-Azərbaycan" klubunda çıxışım barədə düşünəcəm"
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun reytinq favoriti Veselin Topalov turnirin mətbuat xidmətinə müsahibəsində 1/8 finalda Rusiya təmsilçisi Pyotr Svidlerə məğlubiyyətindən danışıb: "Dünya Kubokunda hər görüş çətindir. Hətta lider şahmatçı belə erkən mərhələdə turniri tərk edə bilər. Svidlerlə görüşdə səhvlərim oldu. Bəzi gedişlərin perspektivini düşünmədən qərar verdim. Məğlubiyyətimə üzülmürəm. Hər zaman qalib gəlmək mümkün deyil. Svidler məndən əvvəl Teymur Rəcəbovu məğıub edib. Nəzərə cəhətdən Rəcəbov mənim üçün daha uğursuz rəqibdir. İndiyə qədər cəmi bir dəfə Teymura qalib gəlmişəm. Bir dəfə də o məni məğlub edib. Digər görüşlərimiz heç-heçə başa çatıb. O mənada onunla oynamaq da çətin olacaqdı. Belə reqlamentdə hər mərhələdə bir neçə şahmatçı yarışla vidalaşır. Bu dəfə mən də Dünya Kubokundan ayrılıram".
Bolqar dünya çempionu iddiaçılar turnirində daha yaxşı çıxış edəcəyinə ümid etdiyini bildirib: "Dünya Kubokunda yaxşı nəticə qazanmaq üçün çıxış edirdim. Reytinqə görə onsuz da iddiaçılar turnirində mübarizə aparacam. Belə də FİDE qaydalarına əsasən ya Qran-Pri, ya da Dünya Kubokunda mütləq iştirak etməlisən. Qran-Pridə olmadığım üçün Dünya Kubokunda təmsil olunmağım mütləq idi. Sadəcə gözəl oyun sərgiləmək üçün Bakıya gəlmişdim. İddiaçılar turnirinda tam fərqli hazırlıq və hədəflər olacaq".
Son aylar stabil oyun nümayiş etdirən Topalov karyerasında irəliləyişi belə izah etdi: "Tam olaraq sakitləşmişəm. Hər turnirdən zövq almağa çalışıram. Hərçənd 43 yaş şahmat üçün az deyil. Bu yaşda şahmatdan ayrılan insanlar olub. Müəyyən problemlər zamanı mən də şahmatdan ayrılmağı düşünmüşəm. Bir müddət oynamadım, sonra toparlanaraq sevimli işimlə məşğul olmağa başladım. Fikrimcə hələ bir neçə il yaxşı forma göstərə biləcəm. Əsas odur ki, oyunundan zövq alasan, məcburiyyət olmasın".
Dünya Kubokunun təşkilatçılığı barədə danışan Topalov şahmatçılar üçün hər cür şəraitin yaradıldığını dedi: "Təşkilatçılara təşəkkür edirəm. Dünya Kuboku tarixində ən gözəl turnirlərdən biri oldu. Sözsüz belə şəraitdə oynamaq çox xoşdur. Bakıda bir neçə dəfə olmuşam, hər dəfə xoş təəssüratlarla ayrılmışam. Bu şəhər və insanlar çox gözəldir. Gələn il Bakıda şahmat olimpiadası keçiriləcək. Fikrimcə sizdən sonra olimpiadanı təşkil etmək asan olmayacaq. Bakı növbəti dəfə nümunəvi təşkilatçılıqla hamını heyran edəcək. Bu təşkilatçılığı təkrarlamaq asan deyil".
Gələcək planlarından danışan Topalov SOCAR-Azerbaijan klubunun heyətində növbəti dəfə uğur qazanmaq istədiyini söylədi: "SOCAR-Azərbaycan klubunda çıxışımı davam etdirirəm. Bu mənada yenidən Avropa Kubokunu qazanmaq istərdim. Bu klubda çox güclü heyət formalaşıb. Hər dəfə qalib gəlmək gözəl hisslər yaradır. Dünya Kubokunu tezliklə unudub bütün fikrimi klublar arasında Avropa Kubokuna yönəldəcəm. Noyabrda bizi yeni sınaq gözləyir".
Dünya Kubokunun mətbuat xidməti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Qurbanovdan nümunəvi addım
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- ETOPAZ: Məsləhət bizim, qazanc sizin
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü
-
19:21
Azərbaycan çempionu məlum oldu
-
19:00
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”
-
18:17
Azərbaycan qılıncoynadanları dünya birinciliyində çıxışlarını başa vurublar
-
17:55
Boksçumuz ermənini məğlub etdi
-
17:24
II Liqada oyunların vaxtı məlum oldu
-
17:03
“Sumqayıt” - “Qarabağ” oyununun biletləri satışda
-
16:48
"Cəbrayıl" - "Bakı Sportinq" matçında tək qol VİDEO
-
16:32
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
-
16:19
“Kür” liderlə xal fərqini minimuma endirib
-
15:56
I Liqada 24-cü turun oyun cədvəli
-
15:41
“Bakı Sportinq”dən çempionluq yolunda vacib qələbə
-
14:27
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunlarının saatı bilindi
-
14:03
Azərbaycan Basketbol Liqası: Son turunun proqramı müəyyənləşib
-
13:34
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
-
13:15
Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu yerdə bitirdi
-
12:58
"Atletiko"dan gözlənilməz məğlubiyyət VİDEO
-
12:40
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”
-
12:26
"Bayer" 90+8-də məğlubiyyətdən qaçdı VİDEO
-
12:19
Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlama saatları açıqlanıb
-
11:51
Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub
-
11:37
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar
-
11:24
“Yurqorden” rəsmisi Qurbanlının klubdan gedişi barədə: “Ayrılmaq istədiyini deməyib”
-
11:05
"Səbail" və "Zirə"dən yubiley qələbəsi
-
10:53
Ağabala Ramazanov qayıdışından, avrokuboklardan və qızının açdığı pankartdan danışdı
-
10:42
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək