25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Velosipedçimiz Dünya Çempionatında 8-ci oldu

Amerika Birləşmiş Ştatlarının Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə Dünya Çempionatına start verilib. Futbolxeber.az-ın məlumatına görə, ilk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Yelena Pavluxina DÇ-də Sloveniyanın "Lyublyana" komandasının heyətində çıxış edir. Təmsilçimizin şərəfini qoruduğu kollektiv 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurmaqla çempion olmuş Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb və 8-ci nəticə göstərib.

Bununla da Yelena Pavluxina Dünya Çempionatını "Lyublyana" komandasının heyətində 8-ci yerdə bitirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30