24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Bu gün qalib gəlsəm də, rəqib güclüdür”

Bakıda keçirilən şahmat üzrə dünya kubokunun 1/16 final mərhələsinin ilk oyununda Şəhriyar Məmmədyarov hindistanlı idmançı Panayapan Seturaman üzərində qələbə qazanıb. Futbolxeber.az-ın məlumatına görə, görüşdən sonra Məmmədyarov mətbuat konfransında iştirak edib. Təcrübəli şahmatçı ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb: “Bu dəfə fərqli oynadım. Rəqib isə məndən başqa gedış gozləyirdi. İlk dəfədir ki, həyatımda belə bir variantdan istifadə etdim. Təxminən 10 il əvvəl belə vəziıyyətdə uduzmuşdum. Bu dəfə isə ehtiyatı əldəb vermədim. Sona yaxın bir gediş üzərində xeyli düşündüm. Partiya başa çatdıqdan sonra həmin gedişlə bağlı rəqibimə sual verdim. O isə bildirdi ki, fərqli oynayacaqdı. Belə çıxır ki, 50 dəqiqə boş yerə düşünmüşəm” (gülür).

 Şahmatçımız rəqibi haqda da danışıb: “Təbii ki, rəqibim güclüdür. O, əvvəlki 2 mərhələdə 4 oyundan 3-ündə qalib gəli, 1 dəfə heç-heçə oynayıb. Tay-brekin nə olduğunu bilmir. Hazırda yaxşı formadadır. Bu gün qalib gəlsəm də, rəqib güclüdür. Ümumiyyətlə, hər rəqibə hörmətlə yanaşmaq lazımdır”.

Şahmatçımız qeyd edib ki, dünya kubokunda idmançılar xeyl güc itirirlər: “Dünya kubokunun qəribəliyi bundadır ki, yarış getdikcə idmançı yorulur. Sona yaxın şahmatçılar adi səhvlərə yol verirlər. Qələbə qazanmaq hər zaman xoşdur. Amma çox güc itirirsən. Elə oyunçular var ki, hər mərhələdə tay-brekdə oynayırlar. Bu isə o deməkdir ki, ardıcıl hər gün 8-9 saat düşünürsən. Yorğunçuluq qaçılmazdı. Çalışmaq lazımdır ki, maraqlı oyunlar olsun”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30