20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Bakı 2024-cü il Olimpiya Oyunlarına namizədlikdən imtina etdi

Bakı şəhəri 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməməyi qərara alıb. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, səbəb Azərbaycanda yaxın illərdə keçiriləcək nüfuzlu yarışların təşkilati işlərinin böyük ciddilik tələb etməsidir: "Bakı şəhəri qarşıdakı illərdə çox böyük turnirlərə ev sahibliyi edəcək. 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup və 1/4 final matçlarının təşkili, eləcə də 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq, namizədliyimizin verilməməsi qərara alınıb".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhərlərin siyahısını açıqlayıb. Siyahıda Hamburq (Almaniya), Roma (İtaliya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) yer alıb. Bakı ilə yanaşı, Əhmədabad (Hindistan) və Toronto (Kanada) namizədlikdən imtina edib. Qalib şəhərin adı 2017-ci ildə açıqlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30