19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Qədir Hüseynov: “Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm”

“Dünən tay-brekdə qələbə qazandım. Buna görə bir qədər yorğun idim. Amma şikayətlənmək üçün əsas yoxdur. Çünki rəqibim də mənim kimi ardıcıl 4-cü gün istirahətsiz oynayır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri şahmatçımız Qədir Hüseynov deyib.

Bakıda keçirilən dünya kubokunun 1/32 final mərhələsinin ilk oyununda Çexiya idmançısı David Navara üzərində qələbə qazanan Hüseynov partiya ilə bağlı bunları söyləyib: “Əslində bəxtimin gətirdiyini söyləmələyim. Xüsusən də debütdə. Çünki rəqibin oyununu analiz etmişdim. Elə mənim planlaşdırdığım kimi başladı oyuna. Buna görə də əvvəldən üstünlüyü ələ aldım və sonda da qələbə qazandım”.

“Yarışa fərdi yox, kiminləsə hazırlaşırsan” sualını şahmatçı belə cavablandırıb: “Bu suala cavab vermək istəməzdim. Hazırlaşdığım adam var. Amma daha geniş danışıb, rəqiblərimə məlumat vermək istəmirəm”.

Hüseynov sabah Navaraya qarşı keçirəcəyi ikinci görüşdən də söz açıb: “Sabahkı görüşümüz də çətin keçəcək. Çünki Navara bu dəfə risq edəcək. O, irəli atılmağa məcburdu. Navarata bu dəfə yalnız qələbə lazımdı. Əvvəlki mərhələdə də eyni halla qarşılaşmışdım. O zaman ikinci partiyanın gedişində kobud səhvə yol verdim. Qələbə qazanmaq üçün real gedişim olsa da, sonda məğlub oldum. Bu da psixoloji cəhətdən problem yaradırdı. Amma özümdə güc tapdım və tay-brekdə qələbə qazandım. Bu dəfə eyni səhvi təkrarlamaq istəmirəm. Sabah cütün taleyini həll etməliyəm ki, 1 gün istirahət edə bilim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30