28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Karuana: “Dünya Kubokunda favorit yoxdur”

Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinə start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, bu mərhələdə azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ-ı təmsil edən italyan əsilli Fabiano Karuanayla üz-üzə gələcək. Karuana Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında yarışla və rəqibiylə bağlı danışıb: “Azərbaycanda əvvəllərdə olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam. Təşkilatçılıqdan razıyam. Xüsuslə turnirin keçirildiyi oteli qeyd etməliyəm. Fairmont çox gözəl dizayna malikdir. Dünya Kubokuna gəlincə ilk mərhələdə asan qələbə qazandım. Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm”.

Karuana 1/32 finalda rəqibi olacaq azərbaycanlı şahmatçı Rauf Məmmədov haqda bunları deyib: “Favorit göstərilməyim düz olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan.

Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə hər ikimiz üçün çətin olacaq”.

Dünyanın 5-ci şahmatçısı olan Fabiano Karuana yüksək reytinqinə görə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Bununla belə o Dünya Kubokunda da uğur qazanmaq niyyətindədir: “Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam”.

Dünya Kubokunun mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31