23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Velosipedçilərimiz üçün uğurlu həftə sonluğu

Yola saldığımız həftə Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticələrlə yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, təmsilçilərimiz Çex Respublikası və İtaliyada təşkil olunan yarışlarda uğurlu nəticələrlə yadda qalıblar.

Çex Respublikasında təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı, 3 mərhələdən ibarət "East Bohemia Tour" veloyürüşündə "Synergy Baku" komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və iyulda Çində aldığı ağır zədəsini sağaldan Aleksandr Surutkoviç iştirak edib.

158 km-lik ilk mərhələdə Maksim Averin 6-cı, Yannis Tamuridis isə 8-ci nəticə göstərib. 178 km-dən ibarət sonuncu mərhələdə isə nəticəmiz daha yüksək olub - belə ki, məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini 2-ci keçib - 4 saat, 13 dəqiqə, 51 saniyə. Markus Eybeger 6-cı, Maksim Averin isə 10-cu olub.

Sentyabrın 10-12-də İtaliyada təşkil edilən 2.2 kateqoriyalı "Giro della Regione Friuli Venezia Giulia" veloyürüşündə isə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat, 56 dəqiqə, 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30