19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

AzVİF velosiped həvəskarlarını yarışa dəvət edir

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci ildəki təqvim-planına uyğun olaraq sentyabrın 12-də Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, saat 10:00-da başlayacaq yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.

Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 4, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdırlar. Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 09:00-da başlanacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 2-ci mərhələsinə dəvət edir. Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər. Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30