23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Sadıq Sadıqov: "Bu gündən, bu saatdan, bu dəqiqədən etibarən qolumuzu çırmayıb işləməliyik"

Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni vitse-prezidenti Sadıq Sadıqov qurumun bu gün "Yaxt Klub"da keçirilmiş konfransı barədə danışıb. Futbolxeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, S.Sadıqov jurnalistlərə açıqlamasında "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarə Aparatının rəhbəri kimi cüdonu daha öncə də inkişaf etdirdiklərini xatırladıb.

Bu səbəbdən o, yeni vəzifəyə seçilməsinin gözlənilən olduğunu vurğulayıb: "Bizim klubda cüdo ilə bərabər, 35 idman növü inkişaf etdirilir. Böyük potensiallı idmançılarımız var. Nəzərə alsaq ki, cüdo millimizin 90 faizini "Neftçi"nin idmançıları təşkil edir, vitse-prezident seçilməyim gözlənilən idi. Bir də ki, neçə ildir idmanın içində olduğumdan, bu etimadı mənə göstərdilər. Düzdür, çox çətindir, həddən artıq çətindir. Bu, olimpiya idman növüdür. İdmanın da pik nöqtəsi olimpiadadır və nəticədir. Elə bu gündən, bu saatdan, bu dəqiqədən etibarən qolumuzu çırmayıb işləməliyik ki, nəsə əldə edə bilək".

S.Sadıqov milli komandaya baş məşqçi təyinatının tezliklə gerçəkləşəcəyini söyləyib. Bu məqsədlə, ACF rəsmisi yaxın günlərdə məşqçilərlə görüşəcəklərini açıqlayıb: "Cüdoda ağsaqqal məşqçilər var ki, onların bizə, bizim onlara ehtiyacmız var. Məsləhətləşib birgə qərar verəcəyik. Hacıağa Hacıəhmədovdan əvvəl baş məşqçi Peter Zayzenbaxer olub, cüdoçular da onu çox tərifləyirlər. Deyirlər ki, çox gözəl məşqçidir. Məşqçi olaraq onun dövründə Elxan Məmmədov dünya çempionu oldu. Amma digər tərəfdən, Elnur Məmmədli olimpiya çempionluğunu Ağayar Axundzadənin rəhbərliyi altında əldə edib. Baş məşqçi məsələsi elə bir şeydir ki, onu mütəxəssislərlə danışmaq lazımdır. Tək bir adamın qərarı olmamalıdır. Tək adam qərar verib özünü yandıra bilər. Söhbət ondan gedir ki, çox yüksək səviyyəli mütəxəssislərimiz var. Yəni onların məsləhətilə məşqçi məsələsinə aydınlıq gələcək. Xarici də olsa, yanında yerli olacaq. Komanda təkcə baş məşqçidən ibarət deyil. 4 yaş qrupu üzrə məşqçilər təyin olunmalıdır. Ola bilsin ki, baş məşqçi xarici olsun, amma o biri məşqçilər yerli olacaq".

Azərbaycan cüdosunun yüksək səviyyədə olduğunu söyləyən S.Sadıqov bildirib ki, idmançılar potensiallıdırlar: "Onlara bir az diqqət və qayğı, təlim-məşq toplanışları lazımdır, beynəlxalq turnirlərdə iştirakları təmin olunmalıdır ki, uşaqlar bir az da inkişaf etsinlər, nə isə əldə edə bilsinlər. Yəqin ki, hamımız əl-ələ verib bunu edəcəyik".

Vitse-prezident cüdonun maddi-texniki bazasının yaradılmasına da ehtiyac duyulduğunu və gələcəkdə bu idman növü üçün lazımi işlərin yüksək səviyyədə aparılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün keçirilən ACF-nin konfransında qurumun vitse-prezidentləri, baş katibi və İcraiyyə Komitəsinin üzvləri seçilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30